Noyabrda Bakıda keçiriləcək COP29 hər bir ölkəni əhatə edən bir sıra məsələlər üzrə mühüm qərarlar qəbul etmək üçün fürsətdir.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.
“Belə şəraitdə iqlim konfransı iştirakçıları noyabrda Bakıda toplaşanda bir sıra mühüm kollektiv qərarlar qəbul edəcəklər. Bütün bunlar bu hadisənin qlobal xarakterindən xəbər verir”, - o vurğulayıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi bütün COP-ların bir-biri üçün mahiyyətcə “tikinti blokları” olduğunu vurğulayıb.
“COP29 həmçinin COP30-da bəzi müzakirələr üçün əsas və ya başlanğıc nöqtəsini təşkil edəcək. Amma açıq-aydın başqa bir ümumi məqsəd var - qlobal temperaturun artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq”, - V.Andreeva əlavə edib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir