COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev şəffaflıq üzrə Qlobal Forumda iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
“COP29 Baş danışıqçısı Yalçın Rəfiyev Yaponiyanın paytaxtı Tokioda keçirilən şəffaflıq üzrə birinci Qlobal Forumda iştirak üçün nümayəndə heyətinə rəhbərlik edib. Nümayəndə heyəti milli iqlim planlarının və şəffaflıq hesabatlarının kollektiv iqlim ambisiyalarımızın artırılmasında oynaya biləcəyi mühüm rolu müzakirə edib”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Yaponiyada mayın 20-21-də şəffaflıq üzrə Qlobal Forum keçirilib. Forumda Paris Sazişinin Genişləndirilmiş şəffaflıq sisteminin tələb etdiyi kimi iqlim dəyişikliyi ilə mübarizədə informasiya şəffaflığının əsas rolu müzakirə olunub.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir