09 yanvar 2018 14:16
1024

Adi tozdan yaradılan rəsm əsərləri

ABŞ-dan olan rəssam Ellison Kortson adi tozdan gözəl rəsm əsərləri yaradır.

AZƏRTAC billionnews.ru saytına istinadla bildirir ki, rəssam xanım hər dəfə evdə təmizlik işləri apararkən yığılmış tozdan öz rəsmlərinin hazırlanmasında istifadə edir.

Maraqlıdır ki, rəssamın bir əsərinin ərsəyə gəlməsi üçün evdə yığılıb qalmış bir aylıq toz sərf olunur.