COP29 qonaqları istədikləri platformadan seçdikləri hotellərdə qala bilərlər.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, COP29 qonaqları üçün yaradılan onlayn yerləşdirmə platformasının əsas məqsədi onların daha rahat şəkildə hotel tapmasına kömək etməkdir: “Platformada yerləşdirilən hotellər iki kateqoriyada seçilib. Birincisi ulduz kateqoriyasından keçən hotellərdir. İkincisi isə logistik baxımdan daha əlverişli olmasıdır. Ancaq hotel seçmək baxımından qonaqlar sərbəstdirlər. Onlar hotel seçmək üçün istənilən platformadan yararlana bilərlər”.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir