23 may 2024 16:45
801

Açqarına bir xiyar yeməyin faydaları - Bu, problemi tamamilə həll edir

Sağlamlığımız üçün faydalı olan tərəvəzlərdən biri olan xiyar faydalı qidalardandır. Xiyarın ac qarına yeyildiyi zaman faydaları əvəzsizdir. Bir çox qidalarla müqayisədə xiyarın kalorisi demək olar ki, yoxdur. Bir xiyar təxminən 12-16 kalori ehtiva edir. Tərkibində çox su olan bu tərəvəzin şəkəri çox aşağıdır.

Müxtəlif növləri olan bu tərəvəzin az kalorili olması və sulu olması orqanizmdə toxluq hissi yaradır. Çəkinizi idarə etmək və iştahınızı tarazlaşdırmaq istəyirsinizsə, xiyardan fasilələrlə istifadə edə bilərsiniz. Onu acqarına istehlak etmək nəmləndirməni artırır və toxluq hissi verir.

Səhər ağır qidalar yemək əvəzinə yüngül və kalorili bir şey yemək istəyənlər üçün xiyar əla seçimdir. Bundan əlavə, xiyar həzmi asanlaşdırır. Tərkibindəki lif sayəsində bağırsaq hərəkətlərini tənzimləyir və qəbizlik kimi həzm problemlərinin qarşısını alır.

Orqanizm insanı xəstəliklərdən qorumaq üçün antioksidanlara ehtiyac duyur. Xiyarda kifayət qədər miqdarda antioksidant olması zərərli mikrobların orqanizmə gəlməsinin də qarşısını ala bilər. O, həmçinin dərimizin daha sağlam və parlaq görünməsinə kömək edir.

Böyrək sağlamlığı üçün faydalı olan xiyar tərkibindəki yüksək su və təbii sidikqovucu xüsusiyyətləri sayəsində bu orqanın daha yaxşı işləməsini təmin edir. Bu, böyrək daşlarının meydana gəlməsinin qarşısını almağa kömək edə bilər. Səhər acqarına xiyar yeməklə bədəndən artıq suyu və toksinləri çıxara bilərsiniz.

Xiyar stress səviyyəsini azaltmağa da kömək edə bilər. B vitamini kompleksləri, maqnezium və kaliumla zəngin olan xiyar sinir sisteminin düzgün işləməsini təmin edir. Ac qarına istehlak edildikdə, bədənin gündəlik stresslə mübarizə qabiliyyətini artırır.

Tərkibindəki C vitamini sayəsində orqanizmin müqavimətini artırır. İmmunitet sisteminizi gücləndirməyə və soyuqdəymə və qrip kimi xəstəliklərdən qorunmağa kömək edir.

Bundan əlavə, acqarına xiyar istehlak etsəniz, dişləriniz üçün faydalı bir şey etmiş olarsınız. Xiyar ağızdakı bakteriyalarla da mübarizə aparır və ağız sağlamlığını yaxşılaşdıra bilər. Ağız qoxusundan əziyyət çəkirsinizsə, xiyar yeyə bilərsiniz.