09 yanvar 2018 00:35
834

Dalğalar 13 metrlik balina cəsədini sahilə atdı

Misirin şimalındakı İskəndəriyyə şəhərində 13 metrlik balina cəsədini dalğalar sahilə atıb.

13 metr uzunluğu olan balinanın çəkisi 3.5 tondur.

Misir mətbuatının xəbərinə əsasən, balina iki gün əvvəl ölüb. Atlantik okeandan sonra Cəbbəlütariq boğazından keçərək Aralıq dənizinə keçən balinanın cəsədini şiddətli külək Misir sahillərinə atıb.

Misirin dəniz qüvvələri balinanı muzeydə nümayiş etdirmək üçün cəsədi araşdırma stansiyasına nəql edib. 

Hesabatda balinanın ölüm səbəbinə aid məlumat verilməyib.