08 yanvar 2018 21:08
693

4500 insan buz kimi suya girdi

Belçikanın Ostende şəhərinin çimərliyində 4500-ə yaxın adam Yeni ilin gəlişini ənənəvi şəkildə - suya girməklə qeyd edib.

Şimal dənizinə axışan kütləni sahildə 10 minə yaxın adam izləyib.

Temperaturu 7 dərəcə olan suya girən "qütb ayıları" (Belçikada onlar belə adlanır - red.) donmamaq üçün çimərlikdə dəli kimi rəqs edib.