08 yanvar 2018 17:11
840

“Exxon Mobil” Qayanada iri neft yatağı kəşf edib

Dünyanın ən böyük neft şirkətlərindən biri olan ABŞ-ın “Exxon Mobil” korporasiyası Qayanada iri neft yatağı kəşf edib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Stabroek” bloku adlandırılan yataq Atlantik Okeanda 26 min 800 kvadratkilometr (6,6 milyon hektar) sahəni əhatə edir.

“Qayana sularında belə bir yatağın kəşfi şirkətin imkanlarını göstərir”, - deyə “ExxonMobil Exploration Company”in prezidenti Steve Greenlee bildirib.

Şirkət 2018-ci ilin sonunadək “Stabroek” blokunda daha çox ərazidə kəşfiyyat aparmağı planlaşdırır.