24 may 2024 22:55
1526

Qaradağda Müstəqillik Günü və “Yaşıl dünya naminə həmrəylik İli” qeyd edilib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Lökbatan qəsəbəsində yerləşən Milli Qəhrəman Faiq Rəfiyev adına 166 nömrəli məktəbin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə və “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunan tədbir kerçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, məktəbin direktoru Zeynəb Vəliyeva, YAP rayon təşkilatının əməkdaşları, 166 nömrəli tam orta məktəbin müəllimləri, valideynlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları məktəbin ümumi proqramla təhsil alan III sinif şagirdi İbrahim Yusubovun Azərbaycan təbiətinə həsr olunmuş rəsm əsərələrindən ibarət sərgisi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri açıq elan edən 166 nömrəli məktəbin diektoru Zeynəb Vəliyeva iştirakçıları salamlayıb, qarşıdan gələn 28 May – Müstəqillik Günü ilə əlaqədar onları təbrik edib. 106 il bundan əvvəl elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurları xatırladan məktəb direktoru bu ənənələrin müasir Azərbaycan Respublikası tərəfində davam etdirildiyini vurğulayıb. Direktor, həmçinin Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmirəylik ili” elan olunduğunu xatırladıb. O qeyd edib ki, bu sərəncam yalnız ölkəmiz yox, bütün dünya üçün qlobal əhəmiyyət daşıyır.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi keçmişimizin şanlı səhifələrindən biridir. 1918-ci ilin mayında elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ən böyük xidməti ölkənin idaretmə forması kimi respublika quruluşunu seçmələridir. Belə ki, həmin quruluş xalq kütlələri tərəfindən seçilən dövlət başçısının məhz onların iradəsini ifadə etməsinə şərait yaradır. Azərbaycan Xalq Cümhuriyyəti isə Yaxın Şərq tarixində ilk demokratik dövlət olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sonradan formlaşalacaq respublikaların mühüm təməli rolunu oynadı. Q.Əliyev həmin respublikaların formalaşmasında və inkişafında xalqımızın Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəriman Nərimanov,  Ümumilli lider Heydər Əliyev, Azərbaycanın hazırkı dövlət başçısı İlham Əliyev kimi böyük şəxsiyyətlərinin mühüm rol oynadığını vurğuladı. O, bildirdi ki, müasir dövlətçiliyimizin əsaslarının həmin vaxt düzgün seçilməsi sayəsində bu gün Azərbaycan demokratik, dünyəvi və hüquqi dövlət kimi formalaşıb.

2020-ci ilin noyabrında və 2023-cü ilin oktyabrında Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Zəfərə imza atdığını xatırladan YAP Qaradağ rayon təşkilatının sədri, bu tarxi qələbə ilə ərazilərimizin 100 illərlə davam edən işğalına və ölkə ərazisində separatizmə tam və qəti şəkildə son qoyulduğunu vurğulayıb.

YAP Rayon təşkilatının sədri həmçinin xalqımızın Ümmumilli Lideri Heydər Əliyevin Azərbaycan təbiətinə, ətraf mühitin qorunmasına böyük diqqətlə yanaşdığını xatırladıb. O qeyd edib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Sonra məktəbin müəllimləri İlahə Haqverdiyeva, Natavan Umudova, Könül Həsənova və Sevda Zeynalova ətraf mühitin, təbiətin qorunması və “yaşıl enerji” mənbələri barədə çıxış ediblər. Şagirdlərin Azərbaycan təbiəti haqda şeirləri bədii qiraət etməsi, Vətənə və təbitətə həsr olunmuş mahnılar, rəqslər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. 

Sonra qonaqların, müəllimlərin və şagirdlərin iştirakı ilə məktəbin həyətində çiçəklər əkilib, xatirə fotosu çəkdirilib.

Zamin Məmmədov, "İki sahil"