405 kiloqram çəkidə olan mavi tunes balığı hərracda 323 min dollara satılıb. Ən baha qiymətə satılan balıq Sakit okean sularından əldə olunub. Builki satış rekorddan uzaq olub. Belə ki, 2013-cü ildə 222 kiloqramlıq mavi balıq həminilki kursa əsasən 1,75 milyon dollara satılmışdı.
Nəhəng mavi tunes balığını əldə etmək üçün Tokionun ən elit restoranları yarışıblar. Artıq iki ildir ki, ardıcıl olaraq bu hərrac Tokionun Çukidzi rayonunda həyata keçirilir. Buna görə də, hesab edilir ki, 2018-ci ildə Çukidzedə keçirilən hərrac sonuncu olacaq. Belə ki, 2018-ci ildə hərrac Toyosu rayonunda keçiriləcək. Bu hərrac hələ iki il bundan qabaq baş verməli idi, lakin yaranan bir neçə problem buna mane olmuşdu.
Könül Əliyeva, “İki sahil”