Çünki, ev şəraitində tez-tez rastlaşdığımız problemlərdən yaxa qurtarmaq üçün bilmədiyimiz sadə üsullar mövcuddur. Bunlardan bir neçəsini oxucularımızın diqqətinə çatdırırıq:
1. Əgər paltarınız yuyucu maşında yuyulmasına baxmayaraq sarı ləkələrdən xilas olmayıbsa onları asanlıqla təmizləmək mümkündür. Altı ədəd aspirini az miqdarda su ilə qarışdırıb ləkənin üzərinə əlavə edirik. Sonra ləkəli paltarlar yenidən yuyucu maşında yuyulur. Ləkədən demək olar ki, heç bir əlamət qalmır.
2. Yağ yanıqları sayəsində sıradan çıxmış tavanı əvvəlki təmizliyində görə bilmirik. Bunun üçün qida sodasını tavanın yanmış hissələrinə əlavə edirik. Sonra isə üzərinə sirkə əlavə edib bir neçə dəqiqədən sonra süngərlə silirik. Beləliklə, yeni tava əldə edilir.
3. Yatacaqların səthində tez-tez rastlaşılan tər ləkələrini qida sodasının və maye sabunun köməyi ilə asanlıqla təmizləmək olar. Hazırlanan maye ləkənin üzərinə əlavə edildikdən sonra fırça ilə təmizlənir və qurudulur. Nəticə isə gözlənildiyindən də əla olur.
4. Köhnəlmiş diş fırçasını atmazdan əvvəl düşünmək lazımdır. Köhnə hiss etdiyiniz fırçanı qaynar suda saxlamaqla onu əvvəlki vəziyyətinə gətirmək mümkündür.
5. Kiçilmiş yun köynəklərinizi atmayın. Onun da çarəsi var. Əvvəlcə isti su ilə doldurulmuş qaba bir dəsmal qoyun. Sonra saç yumşaldıcı balzamdan həmin dəsmalın üzərinə əlavə etdikdən sonra köynəyi əlavə edin. 10 dəqiqədən sonra köynəyi dartıb uzatmaqla öz əvvəlki formasına qaytarmaq olar.
6. Zeytun yağı və sirkə qarışıgı ilə ən çətin gedən ayaqqabı ləkələrini aparmaq mümkündür.
Şəmsiyyə Əliqızı, “İki sahil”