Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
"İki sahil" DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəziinə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abbas Mirzə Şərifzadə və Heydər Hüseynov küçələrinin kəsişməsində qeydə alınıb.
Qəza səbəbindən yolda olan bir ədəd piyada svetoforu yararsız hala düşüb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin texniki əməkdaşları tərəfindən piyada svetoforunun bərpası istiqamətində işlər görülür.
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib FOTOLAR
Lerikdə məktəblilər Polis Akademiyasına qəbul qaydaları barədə məlumatlandırılıblar