27 may 2024 15:11
202

Avropa İttifaqı Gürcüstanla münasibətlərə yenidən baxa bilər

“Xarici agentlər” haqqında qanun qəbul olunarsa, Avropa İttifaqı Gürcüstanın ittifaqa yolunu bağlaya bilər.

“İki sahil” RT-yə istinadla xəbər verir ki,  bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl qeyd edib.  

Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanla münasibətlərə yenidən baxa bilər.

“Düşünürəm ki, bugünkü görüşümüzün nəticələrinə əsaslanan ən yaxşı qərar Aİ ilə Gürcüstan arasında münasibətlərə yenidən baxmaq ola bilər”, - deyə,  nazir qeyd edib.