"Neftçi" klubunun kapitanı Emin Mahmudov azarkeşlərdən üzr istəyib.
“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin üzvü bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
32 yaşlı futbolçu Azərbaycan Premyer Liqasında cari mövsüm uğursuz çıxış edərək mükafatçılar sırasından və avrokuboklardan kənar qaldıqları üçün "Neftçi" azarkeşlərindən üzrxahlıq edib.
"Neçə gündür ki, sizə yazmaq istəyirəm. Ancaq indi özümdə güc və inam tapıb sizə səslənirəm. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. Siz azarkeşlərin istədiklərini verə bilmədik. Bilməyinizi istəyirəm ki,tək son oyuna görə yox, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. “Neftçi” ailəsinin kapitanı olaraq sizə bunları yaşatdığımıza görə üzr istəyirəm!", - deyə o bildirib.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək