Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.
“İki sahil” xəbər verir ki, Nərimanov rayonunda motosiklet avtomobillə toqquşub. Hadisə zamanı avtomobildə olan 1994-cü il təvəllüdlü Həziyeva Ayşən Qorxmaz qızı xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.