28 may 2024 09:22
180

Azərbaycan XİN Müstəqillik Günü münasibətilə xalqı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 28 May Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə xalqı təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X"dəki hesabında paylaşım edilib.

"28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, ölkəmizə və xalqımıza rifah və daimi inkişaf arzulayırıq! Dövlətimiz əbədi olsun! Müstəqillik günümüz mübarək olsun!", - deyə paylaşımda qeyd edilib.