ABŞ noyabrda Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsini alqışlayır.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş təbrikində deyilir.
“ABŞ Azərbaycanın COP29-a Bakıda ev sahibliyi etməsini alqışlayır. Biz COP-un uğurunu və uşaqlarımız, nəvələrimiz üçün daha dayanıqlı iqlim gələcəyini təmin etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, - o bildirib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir