28 may 2024 11:44
228

Fotosessiya etdirmək istəyən modeli sürət qatarı vurub öldürdü - FOTO

Venesuelalı model Çintya Nayeli Hiqareda Bermexo qatar relslərində şəkil çəkdirmək istəyərkən faciəvi şəkildə ölüb.

“İki sahil” xəbər verir ki, hadisə Qvadalaxara şəhəri yaxınlığındakı Zakoalko de Torres qəsəbəsində baş verib.

30 yaşlı model relslərdə şəkil çəkdirmək istəyərkən paltarı sürətlə gələn qatara ilişib. Nəticədə model hadisə yerində dünyasını dəyişib. Onun meyiti ailəsinə təhvil verilib.

"O, fotosessiyada iştirak edirdi, qatara çox yaxınlaşıb. Qatar paltarını özünə çəkib və bu da onun ölümünə səbəb olub", - Jalisko əyalətinin prokuroru Jakin Mendez Ruiz bildirib.