04 yanvar 2018 22:24
707

Sınarkən öz-özünə bərpa olunan şüşə hazırlanıb

Tokio Universitetindən olan yapon alimləri qırılan zaman qısa müddət ərzində öz strukturunu bərpa etməyə qadir olan şüşə istehsal ediblər.

Alimlər yeni şüşənin yaradılması zamanı əsas material kimi sintetik polimerdən istifadə ediblər.

Təcrübə zamanı onlar polimerdən yaradılmış bu sərt şüşəni iki hissəyə bölüblər və bir neçə dəqiqə ərzində heç bir əlavə maddə olmadan otaq temperaturunda birləşdiriblər. Tədqiqatçılar bu cür nəticənin hidrogen bağlarının təsiri nəticəsində əldə olunduğunu vurğulayırlar. Çünki ayrılma zamanı belə polimer molekulları ilkin vəziyyətini bərpa etməyə meyil edirlər.