29 may 2024 00:58
270

ABŞ Gürcüstanı xarici agentlər haqqında qanuna görə hədələyib

Amerika hakimiyyəti hesab edir ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ölkənin Avropaya inteqrasiyasına mane olacaq.

“İki sahil”in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ bu addımı pisləyir. Millerin fikrincə, sənədin qəbulu Gürcüstanı Avropaya inteqrasiya yolundan uzaqlaşdırıb. O, hakim “Gürcü arzusu” partiyasının “gürcü xalqının Avro-Atlantik istəklərinə” məhəl qoymadığını vurğulayıb.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bütün bu hərəkətlər ABŞ və Gürcüstan arasında münasibətləri təhlükə altına qoyur.

O xatırladıb ki, ABŞ dövlət katibi Antoni Blinken “Gürcüstanda demokratik prosedurlara və institutlara xələl gətirənlərə” qarşı viza məhdudiyyətləri tətbiq etmək niyyətindədir.