04 yanvar 2018 19:54
624

ABŞ-ın neft idxalı əhəmiyyətli dərəcədə azalıb

ABŞ-ın Səudiyyə Ərəbistanından xam neft idxalı gündəlik 560 min barrelə düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İngiltərənin aparıcı banklarından olan “Barclays” məlumat yayıb. Bildirilir ki, bu göstərici son bir neçə onillikdən bəri müşahidə olunan ən aşağı səviyyədir.

Səudiyyə Ərəbistanı ilə yanaşı, ABŞ-ın Venesueladan da neft idxalı əhəmiyyətli dərəcədə azalıb. Venesuelanın neft istehsalının azalması buna əsas səbəb kimi göstərilir. Belə ki, Venesueladan ABŞ-a neft ixracı gündəlik orta hesabla 510 min barrel təşkil edib.