Yazda təbiət canlanır: çiçəklər çiçək açır, həşəratlar görünməyə başlayır. Son illərdə ensefalit və borrelioz daşıyan gənələrdən ehtiyatlı olmağı öyrənmişik, ancaq ağcaqanadları ciddi qəbul etmirik. Lakin əbəs yerə. Ağcaqanadlar da təhlükəli xəstəlikləri daşıya bilirlər.
Bu barədə doktor Myasnikov və biologiya elmləri namizədi Yekaterina Baranova “Rossiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” verilişində danışıblar.
Mütəxəssislər qeyd ediblər ki, malyariya, Qərbi Nil qızdırması, ürək qurd xəstəliyi kimi xəstəliklərin tez-tez rast gəlindiyi ölkədən yeni qayıdan insanı ağcaqanad dişləyib, sonra başqasını dişləyərsə, bu xəstəlikləri ötürə bilər.
Ancaq xatırlamaq lazımdır ki, bütün ağcaqanadlar deyil, yalnız bəzi növ ağcaqanadlar təhlükəli xəstəlikləri daşıyır.
Nubar Süleymanova, “İki sahil”