Bədən yeyən xəstəlik yayılır
Yaponiyada “ət yeyən xəstəlik” adlı təhlükəli infeksiya sürətlə yayılır. “NHK” televiziyasının məlumatına görə, xəstəlik hər üç yoluxmadan birində toxuma nekrozu və orqan çatışmazlığı səbəbindən ölümcül olur.
Xəstəliyin törədicisi A qrupu streptokoklardır. Halların artmasının səbəbləri hələ müəyyən edilməmişdir. Lakin elm adamları infeksiyanın artmasının koronavirus pandemiyası zamanı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin ləğvi ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.
Potensial infeksiyadan qorunmaq üçün vətəndaşlara gigiyena qaydalarına riayət etmələri, mütəmadi olaraq əllərini yumaları və ictimai yerlərdə qoruyucu maskalardan istifadə etmələri tövsiyə olunur. Yeni xəstəliyin yoluxma mexanizmi hələ öyrənilməmişdir, lakin streptokokların yaralar vasitəsilə insan orqanizminə sürətlə daxil ola biləcəyi güman edilir.
Yaponiya Milli Yoluxucu Xəstəliklər İnstitutunun məlumatına görə, 2024-cü ilin əvvəlindən mayın 5-dək ölkədə streptokok infeksiyasına yoluxanların sayı 801 nəfərə çatıb ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 2,76 dəfə çoxdur.
Nubar Süleymanova, “İki sahil”