04 yanvar 2018 15:08
735

“Forties” boru kəməri yenidən neft nəqlinə başlayıb

Şimal dənizindəki “Forties” boru kəməri sistemi yenidən tam gücü ilə fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyaya xam neft daşıyan “Forties” boru kəməri iki həftəlik təmir işlərindən sonra yenidən tam gücü ilə işləməyə başlayıb.

Qeyd edək ki, dekabrın 11-də gündəlik ötürücülük gücü 450 min barrel neft olan “Forties” boru kəmərində çatların yarandığı müəyyən edilmişdi. Həmin çatlarla əlaqədar boru kəmərini təmirə dayandıran “Forties”in operatoru xəttə təmir işlərinin bir neçə həftə davam edəcəyini açıqlamışdı.