04 yanvar 2018 15:06
729

Rusiyanın neft istehsalı maksimuma çatıb

2017-ci ildə Rusiyanın neft hasilatı rekord səviyyəyə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb. Bildirilir ki, ötən il Rusiyanın neft hasilatı Sovet İttifaqı dağılandan sonra ilk dəfə illik göstəricidə ən yüksək səviyyəyə yüksəlib.

Rusiyada neft istehsalı keçən il 0,1 faiz artıb və gündəlik hasilat 10,98 milyon barrelə çatıb. Bu artımla, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra neft hasilatında son 9 ildir davam edən yüksəliş maksimum səviyyəyə çatıb.

1999-cu ildə ölkədə neft hasilatı gündəlik 6,1 milyon barrel olub.

“Qara qızıl”ın qiymətinin ucuzlaşmasının qarşısını almaq üçün Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və Rusiyanın rəhbərliyi ilə digər neft hasilatçıları ilə əldə edilən neft istehsalının azaldılmasına dair sazişə baxmayaraq Rusiyada neft hasilatının maksimuma çatması diqqət çəkən əsas məqamlardan olub. Rusiyada neft sənayesindəki uzunmüddətli artımın bu il OPEC sazişi çərçivəsində yavaşlayacağı təxmin edilir.

Qeyd edək ki, OPEC sazişi 2018-ci ilin sonuna qədər qüvvədə olacaq.