Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda 2017-ci ildə kənd təsərrüfatının digər sahələri kimi meyvə istehsalında da artıma nail olunub.
Ağdam Rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda 725,6 hektar meyvə bağı var. Meyvə bağlarının 665,2 hektarı bar verəndir. Bağların əsasını xurma, nar, alma, ərik, fındıq, armud, gavalı, albalı ağacları təşkil edir.
İl ərzində bağlardan 4058 ton meyvə, 396 ton üzüm toplanıb. 2016-cı illə müqayisədə meyə istehsalı 43,1 faiz, üzüm istehsalı 21,8 faiz çoxdur.