Milli parklar müxtəlif ekosistemləri, vəhşi həyatı və təbii gözəllikləri qorumaq üçün yaradılmış xüsusi mühafizə sahələridir. Dünyada qorunması lazım olan o qədər gözəllik var ki, bir çox yer milli park statusuna layiq görülüb. Gəlin birlikdə bu xüsusi və gözəl milli parklara nəzər salaq.
Yellouston Milli Parkı
ABŞ-ın Aydaho, Montana və Vayominq ştatlarında yerləşən Yellouston dünyanın ilk milli parkıdır. Çox böyük qeyzerləri ilə tanınır. Dünyadakı isti su qaynaqlarının yarısı burada yerləşir, sayı 10 000-dən çoxdur. Yelloustonda 300-dən çox qeyzer, 290-dan çox da irili-xırdalı şəlalə vardır. Parkdakı termal fəaliyyətlər də heyvanların yeməklə təmininə böyük kömək göstərir. İl ərzində 4 milyondan çox ziyarətçisi olan bu milli parkı görmək üçün bir gün kifayət etməyəcəkdir.
Yosemit Milli Parkı
ABŞ-ın Kaliforniya ştatında yerləşən Yosemit UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Yosemite Milli Parkı dərin yivli vadiləri və qranit qayalıq zirvələri ilə özünə xas və çox diqqətə çarpan geoloji quruluşları özündə saxlayır. Parkda həmçinin çox sayda şəlalələr, axar sular və sekvoya ağaclarından ibarət meşələr (bəlkə də dünyada hələ də yaşayan ən qədim və ən böyük canlı növü) var. Yosemite parkının geoloji quruluşu qranit və tarixi qayalıqların qalıqlarından ibarətdir. Bu park Yellouston kimi il ərzində 4 milyondan çox ziyarətçi qəbul edir.
Voterton - Leyks Milli Parkı
Milli park Kanadanın 4-cü milli parkıdır. Voterton-Leyks Milli Parkının sahəsi 505 km2 olub, dağlıq və çöllük əraziləri əhatə edir. Milli park ilin bütün aylarında ziyarətə açıq olsa da, əsas turist mövsümü iyul və avqust aylarıdır. Turistlər Voterton Park adlı bölgədə qalırlar. Milli park dəniz səviyyəsindən 1.290 metr yüksəklikdə, Voterton Park isə dəniz səviyyəsindən 2.910 metr yüksəkliyindəki Blekiston dağında yerləşir. Milli parkdan Kript Gölü cığırı keçir. 1995-ci ildə Voterton-Qleyşer Beynəlxalq Sülh Parkı YUNESKO-nun Dünya irsi siyahısına düşmüşdür.
Kruger Milli Parkı
Pilanesberg və Masa Dağı ilə yanaşı Kruger Milli Parkı Cənubi Afrikada ən çox ziyarət edilən məkandır. Hər il minlərlə turist vəhşi heyvanları yaxından görmək, toxunulmamış mənzərəli təbiəti seyr etmək üçün bu qoruğa axın edirlər. Kruger Milli Parkındakı ən maraqlı eksponatı “heyvanlardır”. Kruger Milli Parkı hər hansı digər Afrika qoruğundan daha çox məməli heyvanın evidir. Burada təxminən 150 növ heyvan yaşayır. Təbii ki, bura təhlükəli “Böyük Beşlik” heyvanları olan – aslanlar, fillər, kərgədanlar, camışlar və bəbirlərin evidir.
Qalapaqos Milli Parkı
Dünyanın ən maraqlı və unikal eko-sistemlərindən biri YUNESKO-nun Ümumdünya irs siyahısında olan Qalapaqos Milli Parkında görünür. Vulkanik arxipelaqın daxil olduğu parkdakı adaların 97 faizində yaşayış yoxdur. Qalapaqosda eyniadlı tısbağa və pinqvinlərdən başqa çoxlu sayda heyvanlar, xüsusən də iquanalar, gannetlər və dəniz şirləri yaşıyır. Deyilənə görə, Qalapaqos dünyada vəhşi heyvanların insandan qorxmadığı yeganə milli parkdır.
Nigar Orucova, “İki sahil”