31 may 2024 02:36
442

Çiyələk sağlamlığın rəhnidir

Ölkəmizdə çiyələk mövsümü başlayıb. Bəs hər kəsin sevimli giləmeyvəsi orqanizm üçün faydalıdırmı? Bu barədə rusiyalı dietoloq Mixail Qinzburq "Rusiya 1" telekanalında yayımlanan "Ən vacibi haqqında" verilişində danışıb.

Ekspertin sözlərinə görə, çiyələk ilk növbədə ürək sağlamlığını dəstəkləyir. Giləmeyvənin tərkibindəki antosiyaninlər güclü iltihab əleyhinə vasitədir. Onların sayəsində gündəlik çiyələk istehlakı aterosklerozdan, qocalmadan qoruyur, ömrü uzadır. Bundan əlavə, elmi araşdırmalara görə, çiyələk “pis” və “yaxşı” xolesterinin nisbətini “yaxşı”nın xeyrinə dəyişir.

Çiyələk həm də beyni oksidləşdirici stresdən qoruyur, qanda şəkərin səviyyəsini normallaşdırır, bağırsaqların sağlamlığını yaxşılaşdırır və immunitet sistemini gücləndirir.

Nubar Süleymanova, “İki sahil”