31 may 2024 03:31
432

Qadınlarda hipertoniyaya meyillilik irsi xarakter daşıyırmış

Rusiyalı kardioloq Yuri Belenkov qadınları, əgər anaları və nənələri hipertoniyadan əziyyət çəkirlərsə, qan təzyiqinə yaxından nəzarət etməyə çağırır.

Tibb elmləri doktoru “Rusiya 1” də yayımlanan "Ən vacibi haqqında" sağlamlıq proqramında bildirib ki, qadınlarda qan təzyiqi və ya hipertoniyaya meyillilik irsi xarakter daşıyır.

Yetkinlik dövründə yüksək təzyiqin hətta gənclik dövründə aşağı təzyiqdən şikayət edənlər üçün də problem ola biləcəyini bilmək vacibdir. Qadınlarda təzyiq problemləri əsasən menopozun başlanğıcı ilə baş verir.

"Nənəniz və ananız hipertoniyadan əziyyət çəkirsə, qan təzyiqiniz barədə düşünməlisiniz", -deyə həkim televiziya tamaşaçılarına xəbərdarlıq edib.

Nubar Süleymanova, “İki sahil”