31 may 2024 23:31
432

Yayda günəş buludlu günlərdə belə təhlükəlidir

Hamının çoxdan gözlədiyi və çoxlarının sevdiyi yay yaxınlaşır. Günəşli günlər hansı təhlükələrlə doludur?

"Rusiya 1" telekanalında "Ən vacibi haqqında" sağlamlıq tok-şousunda dokto Aleksandr Myasnikov günəşə qarşı allergiyadan, həmçinin sıx buludların belə sizi ultrabənövşəyi radiasiyanın zərərli təsirlərindən xilas edə bilməyəcəyindən danışıb.

Hər kəs bilir ki, həddindən artıq qaralma zərərlidir və günəş yanığı dəri xərçənginin inkişafına səbəb ola bilər. Ancaq günəşin məkrliliyi ondadır ki, isti havalarda ultrabənövşəyi şüalar hətta buludların arasından da keçir. Doktor Myasnikov xəbərdarlıq edir: qaralmanı ultrabənövşəyi radiasiyanın zərərli təsiri ilə qarışdırmayın!

“Bəli, buludlu havada qaralmazsınız, amma ultrabənövşəyi radiasiyaya məruz qala bilərsiniz”, -deyə həkim bildirib.

“Amma elə insanlar var ki, onlar üçün nəinki günəş vannası qəbul etmək, günəşə çıxmaq belə zərərlidir. Bunlar günəşə məruz qaldıqda günəşə qarşı allergiyası olan insanlardır. İnsanların təxminən 15% -i günəşə baxdıqda asqırmağa başlayır”, -deyə Myasnikov fikrini tamamlayıb.

Nubar Süleymanova, “İki sahil”