Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli müğənni Kənan Doğulunun 50 yaşı tamam olub.
“İki sahil” xəbər verir ki, gecəyə polis müdaxilə edib. Belə ki, əyləncə gecə gec saatlara qədər davam edib.
Öncədən Kənan qonşularına məktub göndərərək ad günü səbəbindən yaranacaq səs-küyə görə üzr istəsə də parti uzun çəkib.
Səsdən narahat olan səmt sakinləri polisə müraciət edib. Buna görə də gecəyə polis müdaxilə etməli olub.