Amerikalı model Melori Vuds avtomobilləri çox sevir.
Melori bu səbəbdən modelliklə bərabər avtomobil təmiri ilə də məşğul olur.
Vuds bu xüsusiyyəti ilə sosial şəbəkədə çox populyardır.
Melori "dünyanın ən ehtiraslı avtomobil təmirçisi" kimi tanınır. Hazırda Vuds İnstaqram fenomeninə çevrilib. Melori digər avtomobil təmirçilərinə də meydan oxuyur. İnstaqramdakı bioqrafiyasına görə model "Ford Mustang GT" və "Suzuki GSXR600" sürücüsüdür.