Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin dövlət neft-qaz şirkəti - BOTAŞ arasında imzalanmış 4 sazişə əsasən, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql olunacaq.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Həmçinin BOTAŞ və AGSC (Azerbaijan Gas Supply Company - red.) arasında Azərbaycan qazının tədarükünün 2023-cü ilin sonuna qədər uzadılmasına dair saziş imzalanıb. İmzalanan sənədlərin iki qardaş ölkə üçün əlverişli olmasını arzulayıram”, - paylaşımda vurğulanıb.
Bundan əlavə, A.Bayraktar Türkmənistan qazının Türkiyəyə tədarükü ilə bağlı sənədin imzalandığını qeyd edib.
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiq edib