29 dekabr 2017 00:07
641

Saytlar oxucuları necə aldadıblar?

Məşhur milyarderlə bağlı xəbər saxta imiş

ABŞ milyarderi Rokefellerin 6 dəfə ürək, 3 dəfə böyrək və 2 dəfə qaraciyər transplantasiyası etdirməsi ilə bağlı “World News Daily Report”un yaydığı məlumat bir çoxları tərəfindən ciddi qəbul edilsə də, sonradan sayt məqalələrinin heç də həmişə həqiqət olmadığını açıqlamışdı.

Bu məlumatdan bir qədər sonra Rokefeller 101 yaşında vəfat etdi.

Snup Doq Donald Trampa hədə-qorxu gəldiyinə görə həbs olunmuşdurmu?

Bu saxta xəbərdə məşhur rep ustasının prezident Donald Trampa qarşı kobudluğu ucbatından həbs edildiyi bildirilirdi. Xəbər Snup Doqun yeni musiqisinin videosunda Trampa oyuncaq tapancadan guya atəş açması səhnəsindən sonra yarandı. Lakin Snup Doq “yeni müharibəyə başlayarsa Tramp güllələnməlidir” deməsinə baxmayaraq, həbs edilməmişdi.

Qeyri-sosial qadının 28 il insanları kor olması ilə aldatması xəbəri də yalan.

Karmen Jimenez adlı ispan qadının kor olması ilə insanları inandıraraq 28 il insanlardan uzaq gəzməsi xəbəri həm Avropada, həm də Cənubi Amerikada böyük səs-səda doğurdu. Lakin sonradan müxtəlif saytlar fərqli adlarla bu xəbəri heç bir istinadsız yaymağa başladılar.

Birinci xanımın nitqi plagiat idimi?

2017-ci ilin sentyabr ayında media nümayəndələri ABŞ-ın birinci xanımı Melania Trampın Mişel Obamanın 2014-cü ildəki nitqini oğurlaması ilə bağlı məlumat yaymışdılar. Sosial mediada iki oxşar mətnin yanaşı şəkilləri durmadan yayıldı. Sonradan məlum oldu ki, Obamanın BMTdəki çıxışı ilə Melania Trampın çıxışı arasında heç bir oxşarlıq yox imiş və həmin xəbərlər internetdən yığışdırıldı.

“Böyük Sədd”rifini necə  yox etdilər?

“Outside” jurnalının çap etdiyi  onlayn məqalədə Avstraliyadakı Böyük Sədd rifinin yox olduğu bildirilirdi. Bu xəbər alimlər və ekoloqlar tərəfindən dəhşətlə qarşılandı. Mütəxəssislər bu xəbərin ardından tədqiqatlara başladılar və aydın oldu ki, dünyanın ən böyük mərcan rifi ekosistemi hələ də mövcuddur. Böyük təhlükə ilə üz-üzə olsa da yox olmayıb.

Aktyor Morqan Frimen prezident Trampa Hilari Klintonu həbs etməyi məsləhət görmüşdümü?

ABŞ aktyoru Morqan Frimenin prezident Donald Trampdan Hilari Klintonu həbs etməsini istəməsi və bununla bağlı aktyorun adından saxta sitatlar yayılmışdı. Sonradan bundan xəbər tutan aktyor “CNN”ə müsahibəsində seçkilərdə də Hilari Klintonu dəstəklədiyini və onunla bağlı heç bir problem yaşamadığını açıqlamışdı.