05 iyun 2024 01:35
506

Bəzi dərmanları ancaq ayaq üstə içmək olar - Həkim Myasnikov

"Rossiya" telekanalında yayımlanan "Ən vacibi haqqında" sağlamlıq proqramında doktor Aleksandr Myasnikov dərman qəbul etmə qaydalarını sadalayıb. Hansıları şirə ilə içmək lazımdır, hansıları oturarkən və ya uzanarkən içmək olmaz?

“Məsələn, hamımız eşitmişik ki, çayla, xüsusən də yaşıl çayla dərman qəbul etməmək daha yaxşıdır, çünki taninlər udulmanı gecikdirir. Amma portağal suyu əksinə, dəmir çatışmazlığı anemiyası, azalmış hemoqlobin və ferritin üçün təyin olunan dəmir əlavələrinin udulmasını sürətləndirir”, -deyə həkim bildirib.

Myasnikov deyib ki, sümük əriməsi və osteoporoz səbəbindən bifosfonatlar - sümükləri gücləndirən və kalsiumun yuyulmasını gecikdirən dərmanlar qəbul edən 65 yaşdan yuxarı insanlar üçün xatırlatmağa dəyər ki, onlardan bəziləri yalnız ayaqüstə içilməlidir. Üstəlik, bundan sonra 30 dəqiqə uzanmamalısınız, əks halda qida borusunda yanma hissi yaranacaq.

Nubar Süleymanova, “İki sahil”