Azərbaycan və Avstriya arasında Orta Dəhliz vasitəsi ilə Çindən Avropaya yükdaşımaların səmərəli təşkili müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov "Facebook" sosial şəbəkəsində hesabında bildirib.
"Vyanada Avstriya Federal Dəmir Yolları şirkətinin İdarə Heyətinin sədri Andreas Matthe və bu ölkənin qabacıl nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşlər keçirdik, Orta Dəhliz çərçivəsində Çinlə Avropa arasında yükdaşımaların səmərəli təşkili, eyni zamanda modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin geniş imkanları ilə bağlı geniş müzakirələr apardıq", - deyə o qeyd edib.
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiq edib