Macarıstanın MVM şirkətinin "Şahdəniz" layihəsində pay alışı ilə bağlı imzalanan sənəd Azərbaycanın iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcək.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan-Macarıstan iqtisadi əlaqələrini gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və investisiya tərəfdaşlığımızın təşviqi barədə fikirlərimizi bölüşdük.
Macarıstanın MVM şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı imzalanan sənəd ölkələrimizin iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcək", - paylaşımda qeyd olunur.
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiq edib