İqlim dəyişikliyi problemi iqtisadi və siyasi aspektləri əhatə edərək ekologiya çərçivəsindən kənara çıxır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) iştirakçılarına videomüraciət zamanı deyib.
Nazir xatırladıb ki, iqlim maliyyələşdirməsi məsələləri tərəflərin Bakıda keçiriləcək COP29 konfransında əsas mövzu olacaq.
“İqlim maliyyələşdirilməsi tərəflərin qarşıdan gələn Bakı Konfransında əsas mövzu olacaq. COP29-da yeni kollektiv iqlim maliyyələşdirməsi kəmiyyət hədəfi ilə bağlı razılığa gəlməliyik. Yeni kollektiv iqlim maliyyəşdirilməsi kəmiyyət hədəfinin müəyyən edilməsi üzrə iş bir-biri ilə əlaqəli bir çox elementi nəzərə almalı olacaq. İqlim maliyyəsi uzun illərdir iqlim diplomatiyasında ən çətin mövzulardan biri olub. Aydındır ki, bütün tərəflərin əsaslı fikirləri var. Biz bütün tərəfləri dinləyirik ki, onların prioritetlərini başa düşək və ədalətli yeni məqsədə nail olmaq üçün mövqelərin yaxınlaşdırılmasına kömək edək”, - o söyləyib.
COP29 prezidenti həmçinin vurğulayıb ki, əsas problem davamlı iqtisadi inkişafı təmin etməklə yanaşı, aşağı karbonlu iqtisadiyyata səmərəli və ədalətli keçidin yollarını tapmaqdır.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir