27 dekabr 2017 23:51
808

Peterburqa göy rəngli qar yağdı

Rusiyanın Sankt-Peterburq şəhərinə qeyri-adi rəngli qar yağıb.

"Ölkə.Az" xəbər verir ki, şəhərin Aptekarsk prospektindəki qar göy, parlaq mavi və bənövşəyi rəngli olub.

Mütəxəssislər qar nümunəsi götürərək analiz etmək üçün aparıblar. Bununla da qarın qeyri-adi rəngdə olmasının səbəbi müəyyənləşəcək.

Yerli sakinlərin fikrinə görə isə, qeyri-adi rəngli qara səbəb prospektdə yerləşən kimyəvi-dərman müəssisəsinin binasıdır. Ehtimal edilir ki, göy rəngli qar təhlükəli tullantıların səbəbindən yarana bilər.