28 dekabr 2017 01:21
916

Londonda yaşayan Şaxta Babanın hekayəsi

2013-cü ilin dekabr ayında Londonda maraqlı hadisə qeydə alınıb.

"Ölkə.Az" xəbər verir ki, 5 yaşlı Alfi küçədən keçən yaşlı və ağ saqqallı müsəlman Hüseyini görüb.

Hüseyn ona "Şaxta Baba"-deyə səslənən uşağı görüb ayaq saxlayır. Sonra isə ailəsindən icazə alaraq uşağa bir az pul verib. Bu hərəkətdən sonra 6 yaşlı Alfi Hüseynin Şaxta baba olduğuna inanır.

Hadisənin şahidi olan ailə dostu bir fotoqraf bu il "Facebook" səhifəsində baş verənləri yazıb. İngiltərənin sevimlisinə çevrilən Hüseynin soyadı açıqlanmayıb. Onun etdiyi hərəkət minlərlə sosial şəbəkə istifadəçisinin təşəkkürünü alıb. Hüseynə etdiyi hərəkətə görə iki kisə hədiyyə göndərilib.

Alfinin anası Treysi Aşford-Roz verdiyi açıqlamada bildirir ki, evlərinin qarşısından keçən Hüseynə oğlu həyəncanlanaraq "Bax, Şaxta Baba"-deyə qışqırıb. Alfinin səsini eşidən yaşlı adam geri qayıdıb qapını döyüb və uşaq tərəfindən Şaxta Baba zənn edildiyi üçün hədiyyə vermək istədiyini bildirib. Hüseyn Alfini ad günündə də yada salır.