Sosial şəbəkədə son günlər "həqiqi Rapunzel" olaraq adlandırılan rus qızı müzakirə edilir.
"Ölkə.Az" xəbər verir ki, təbii qızılı rəngli saçları 106 sm olan qız sosial məbuatın fenomeninə çevrilib. Qısa müddət ərzində Moskva sakini Sidorovanın 400 min izləyiçisi yığılıb. Sidorova "Saçlar" adlandırdığı İnstaqram səhifəsində fotolarını paylaşır.
Anastasiya Sidorovanın 5 il əvvəl, yəni 23 yaşı olanda "alopecia" xəstəliyi ucbatından bütün saçı tökülüb. Qız sözün əsl mənasında keçəl olub.
Amma xəstəliyə qalıb gəldikdən sonra saçlarını kəsdirmədən uzadıb. Hazırda onun saçı 106 sm uzunluğundadır.