Pəhrizə şüyüdün müntəzəm daxil edilməsi makula degenerasiyasının (gözdə sarı ləkə xəstəliyi) qarşısını alır. Bu, çox vaxt yaşlı insanlarda görmə itkisinə səbəb olan bir xəstəlikdir. Rusiyalı dietoloq Mixail Qinzburq mümkün qədər tez-tez təzə şüyüd yeməyi tövsiyə edir.
“Yaşla yaranan makula degenerasiyası tədricən görmə itkisinə səbəb olur”, -deyə Mixail Qinzburq “Rossiya” telekanalında yayımlanan "Ən vacibi haqqında" sağlamlıq proqramında bildirib.
“60-70 yaşda yaranan görmə itkisi hələ də ömrünüzün qaldığı bir zamanda görməni tamamilə itirməyə səbəb ola bilər. Şüyüddə olan karotenoidlərin makula degenerasiyanın inkişafından qoruduğu sübut edilmişdir ", -deyə ekspert izah edib.
Həkim müxtəlif yeməklərə təkcə şüyüd deyil, mütləq təzə göyərti əlavə etməyi məsləhət görür.
Nubar Süleymanova, “İki sahil”