26 dekabr 2017 16:07
825

Saxalində külək qadını apardı, daha sonra isə...

Rusiyanın Saxalin vilayətində güclü külək eyvana siqarət çəkməyə çıxmış yaşlı təqaüdçü qadını aparıb.

Trend-in məlumatına görə, Şaxtyorsk şəhərində 70-ə yaxın yaşı olan qadın dördüncü mərtəbədn yıxılıb.

Xoşbəxtlikdən, qadın qar topasının üzərinə düşdüyündən yüngül xəsarətlər alıb.

Qar səbəbi ilə təcili tibbi yardım maşını evə yaxınlaşa bilmədiyi üçün, qadın xəstəxanaya ekskavatorun çanağında çatdırılıb.