26 dekabr 2017 15:41
715

39 mərtəbəli göydələn satışa çıxarılıb

Çində elektron ticarət platformasında 39 mərtəbəli göydələn satışa çıxarılıb

Çinin “Alibaba” şirkətinin ölkə daxilində elektron ticarət platforması olan “www.taobao.com”da inşası başa çatmayan göydələn hərrac yolu ilə satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, hotel üçün nəzərdə tutulan 39 mərtəbəli, 156 metr hündürlüyündəki göydələn elektron ticarət platformasından satılan ilk bina olacaq. Tayyuan şəhərindəki binanın satışı üçün hərrac yanvarın 2-3-də baş tutacaq. İlkin qiymət 550 milyon yuan (təxminən milyon ABŞ dolları) nəzərdə tutulub.

Sifarişçi şirkətin maliyyə sıxıntıları səbəbindən binanın tamamlama işləri başa çatmayıb. Əslində onun 2011-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Uzun müddət kifayət qədər maliyyə vəsaiti tapılmadığı üçün bina məhkəmənin qərarı ilə satışa çıxarılıb. Satışın şəffaf keçməsi üçün elektron ticarət platforması seçilib.

Qeyd edək ki, bir müddət əvvəl 3 ədəd “Boeing 747” yük təyyarəsi də hərrac yolu ilə “www.taobao.com”da satılmışdı.