10 iyun 2024 08:27
494

Almaxanım ABŞ-da konsert proqramı ilə çıxış edib

VI Muğam Televiziya Müsabiqəsinin Qran-Pri mükafatçısı, Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədli ABŞ-də növbəti dəfə konsert proqramı ilə çıxış edib.

“İki sahil” xəbər verir ki, konsertə öncə Kaliforniya ştatı, San- Fransisko şəhəri ev sahibliyi edib.

28 May - Müstəqillik Günü münasibətilə keçirilən solo konsertdə çıxışçılar Azərbaycanın tarixindən, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətindən bəhs ediblər. Həmçinin, ölkəmizin zəngin mədəni və tarixi irsi barədə məlumat veriblər.

Tədbir iştirakçıları həmçinin Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Cümhuriyyət bayramı münasibəti ilə təşkil olunmuş fotosərgi ilə tanış olublar.

Azərbaycan İcmasının təşkilatçılığı ilə Almaxanım Əhmədli geniş konsert proqramı ilə çıxış edib. Onu pianoçu Elxan Baxışov müşayiət edib. Sevilən müğənni Almaxanım Əhmədlinin çıxışı tamaşaçılar tərəfindən hərarətlə, alqışlarla qarşılanıb.

Qeyd edək ki, ötən il Ümummilli lider Heydər Əliyevin ABŞ-da keçirilən 100 illik yubileyində Almaxanım Əhmədli musiqi proqramı ilə silsilə konsertlər vermişdi.