Qlobal iqlim dəyişikliyi bəzi dövlətlərin mövcudluğuna təhlükə yarada bilər.
“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş “Caspian Blue Horizons” tədbirində deyib.
Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyinin bərpası mümkün olmayan zərərlərinə məruz qala biləcək ada dövlətləri ilə danışıqlar aparır.
E.Soltanov qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyinin quraqlıq və daşqın kimi mənfi nəticələrinə qarşı həssas yanaşır: “Su ehtiyatlarının çatışmazlığı problemi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyinə daxil edilməlidir”.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir