Xəzər dənizinin ekoloji tarazlığı çox kövrəkdir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş “Caspian Blue Horizons” tədbirində deyib.
Onun sözlərinə görə, Xəzər dənizində baş verən dəyişikliklərin səbəbləri hələ öyrənilməyib: “Xəzər dənizi mürəkkəb regional gündəliyin bariz nümunəsidir. Bu o deməkdir ki, Xəzəryanı dövlətlər birləşməli, ümumi baxış və iqlim gündəliyi hazırlamalıdırlar. Əgər bunu düzgün etsək, təkcə iqlim və ətraf mühitə deyil, həm də bu ölkələrin iqtisadiyyatına müsbət təsir göstərmiş olarıq”.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir