SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda respublika üçüncüsü olub. BANM-in Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Taleh Qədimov magistraturaya II cəhd üzrə qəbul imtahanlarında 91.5 bal toplayıb.
Taleh 2019-cu ildə 655.5 balla qəbul olub. Təhsil aldığı müddət ərzində ən aktiv tələbələr sırasında öz yerini alıb. BANM-in yığma futbol komandasında, eləcə də basketbol komandasında iştirak edib.
Halliburton şirkətinin Yay təcrübə proqramında “Wireline Logging” sahəsi üzrə təcrübə keçəcək. İkiaylıq təcrübə proqramı isə iyulda başlayacaq.
Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR