11 iyun 2024 00:23
401

Qızmar istidə dondurma yemək təhlükəlidir?

"İsti havada dondurma yemək insan üçün mənfi nəticələrə gətirib çıxara bilər".

“İki sahil” xəbər verir ki, bunu Rusiyanın Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin fiziologiya, insan ekologiyası və biotibbi biliklər kafedrasının dosenti Aleksandr Sozıkin deyib.

Onun sözlərinə görə, isti havada dondurma yemək boğaz ağrısının sürətlə inkişafına səbəb ola bilər.

"İsti havada dondurma yeyəndə hərarətin güclü düşməsi və selikli qişanın qəfil yerli hipotermiyası müşahidə olunur. Nəticədə damarlarda spazma yaranır. Ən çox qoruyucu hüceyrələrin - leykositlərin əmələ gəldiyi badamcıqlar stresə məruz qalır", - deyə mütəxəssis izah edib.

Nəticədə immun hüceyrələrin fəaliyyətinin azalması səbəbindən şərti patogen mikroflora sürətlə çoxalmağa başlayır.