11 iyun 2024 23:45
449

Bu qidalar depressiya yaradır!

Qidalanmaq ən əsas fizioloji ehtiyaclarımız arasındadır. Uşaqlıqdan sağlam inkişafın vacib hissəsi olan düzgün qidalanma insan sağlamlığı üçün olduqca vacibdir. Gün ərzində düzgün qidalanma təkcə fiziki inkişafımız üçün deyil həm də, ruhi sağlamlığımız üçün olduqca əhəmiyyətlidir.

Mütəxəssis klinik psixoloq Merve Kırna mövzu ilə bağlı əhəmiyyətli məlumatlar verib.

Psixoloq bildirib ki, nə yeməyi seçsəniz, ruhunuz da, vücudunuz da onunla qidalanır. Fiziki sağlamlıq və psixi sağlamlıq bir bütövün ayrılmaz hissələridir, ona görə də fiziologiyamız nə qədər sağlam olarsa, ruhən də bir o qədər sağlam olarıq.

Zərərli qidalar depressiya yaradır

Beynimizi düşüncələrimizi, davranışlarımızı və duyğularımızı idarə edən bir maşın kimi düşünsək, optimal işləməsi üçün enerjiyə ehtiyacı var və bu enerji qidadan alınaraq təmin edilir. İstifadə etdiyimiz qidalar nə qədər sağlam və faydalı olarsa, fizioloji sağlamlığımız və mənəvi dünyamız bir o qədər sağlam olar. Zərərli qidalar isə fizioloji sağlamlığımızı təhdid edə, bir çox psixoloji sıxıntılara, xüsusilə depressiyaya səbəb ola bilər.

Beynimiz ac və ya tox olduğumuz zaman siqnallar göndərərək bizi xəbərdar edir. Ac olanda siqnal “beyin”ə gedir və fizioloji vəziyyətimizlə birlikdə psixoloji vəziyyətimiz də dəyişir. Yediyimiz və içdiyimiz bir çox qida bizə həm fiziki həm də,  psixoloji olaraq müsbət və mənfi təsir göstərə bilər. Bəzi insanlar ac olanda əsəbiləşirlər, lakin yeməkdən dərhal sonra sakitləşirlər. Kimisi stresli olduğu zaman nə isə yeməyə ehtiyac duyur, kimisi kədərləndiyində ləzzətli yemək yeyir, kimisi ət yemədən toxluq hiss etmir, kimisi yorğun bir günün ardından qəhvə içərək özünü xoşbəxt hiss edir.

Tədqiqatlar göstərir ki, stres zamanı ifraz olunan kortizol hormonu həddindən artıq yeməklə yanaşı, qan şəkərinin artmasına səbəb ola bilər və bu vəziyyətin uzun müddət davam etməsi insulin müqaviməti ilə diabet riskini artırır.

Günə səhər yeməyi ilə başlayan insanlar daha xoşbəxtdirlər

Bir araşdırmada günə səhər yeməyi ilə başlayan insanların özlərini daha xoşbəxt və enerjili hiss edərkən, günə səhər yeməyi ilə başlamayan insanların xoşbəxtlik göstəricilərinin daha aşağı olduğu müəyyən edilmişdir. Məlum olub ki, hazır və emal olunmuş qidalar, qızardılmış qidalar, şəkərli içkilər  və  “fast food”lar fizioloji sağlamlığa mənfi təsir göstərir, həmçinin psixoloji depressiya riskinin artmasına da səbəb olur.

Avstraliyada aparılan bir araşdırma göstərir ki, sağlam qidalar, məsələn, tam taxıl, təzə ət, tərəvəz və meyvə yeyən qadınlarda bipolar pozğunluq, narahatlıq və depressiya diaqnozu daha az olur.

Nigar Orucova, “İki sahil”